Nitsadakı terror hücumundan sonra Almaniya Fransa ilə sərhəddə nəzarət gücləndirib. Bu barədə Almaniya federal polisindən məlumat verilib.
Sərhəd nəzarəti aeroportlarda, avtomobil yollarında və dəmir yolu keçidlərində gücləndirib.
"Fransa hökuməti ilə razılaşdırılmaqla, Almaniya federal polisi Fransa ilə sərhəd ərazilərdə nəzarəti gücləndirir”, – deyə bəyənatda bildirilir. (Report)
