Almaniyanın Federal daxili işlər naziri Nensi Faser bildirib ki, Almaniyaya İslam Dövləti tərəfindən “böyük təhlükə” var.

O, bu barədə “Süddeutschen Zeitung” qəzetinə müsahibə verib.

Faser bildirib ki, söhbət “İslam Dövləti-Xorasan” qruplaşmasının (İŞİD) regional qolundan gedir ki, bunu Qərb ölkələri “Crocus City Hall”da baş verən terror aktı ilə əlaqələndirirlər.

Nazir vurğulayıb ki, islamçı terrorizm təhlükəsi hələ də aktualdır.

.