Almaniya Bundesliqasında çıxış edən ən bahalı futbolçuların adları açıqlanıb.

Siyahıda yer alan 10 nəfərdən 8-i “Bavariya”nın formasını geyinir.

Münhen klubunun ön xətt oyunçuları Harri Keyn və Camal Musiala 110 milyon avro ilə ən bahalı futbolçu adını bölüşdürürlər. Onları “Bayer 04”ün yarımmüdafiəçisi Florian Virts izləyir. Gənc oyunçunun qiyməti 100 milyon avrodur.

1-2. Harri Keyn (“Bavariya”) - 110 milyon avro

1-2. Camal Musiala (“Bavariya”) - 110 milyon

3. Florian Virts (“Bayer”) - 100 milyon

4. Leroy Sane (“Bavariya”) - 80 milyon

5. Coşua Kimmix (“Bavariya”) - 75 milyon

6-7. Alfonso Devis (“Bavariya”) - 70 milyon

6-7. Xavi Simons (“Leyptsiq”) - 70 milyon

8-9. Kinqsli Koman (“Bavariya”) - 65 milyon

8-9. Mattiys De Liqt (“Bavariya”) - 65 milyon

10. Dayo Upamekano (“Bavariya”) - 60 milyon

.