Bu il də Azərbaycanda bayram namazında şiə və müftilər birlikdə namaz qılıb.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Təzəpir məscidində bayram namazından sonra jurnalistlərə açıqlamasında deyib:
"Bu, çox az ölkədə baş verir. Onlardan biri də Azərbaycandır. Azərbaycan bütün dünya üçün bir nümunədir. Bu birlik və həmrəylikdir. Bu işlər dövlətimizin rəhbərliyinin dəstəyi ilə davam edir və gələcəkdə də davam edəcək”, - deyə Şeyxülislam əlavə edib.
.
