“İşğaldan əvvəl Ağdama tez-tez gələrdim. Ağdamın özü ilə tanışlığım, bu rayonda dostlarım var idi. Buraya axund da təyin etmişdim. Bugünkü namaz qıldığım məscid mənim üçün əziz olub”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

QMİ sədri qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad olundu: “Elə o vaxtdan Ağdam binaları və insanlarının gözəlliyi ilə seçilirdi. Bu səfərə gələndə ürəyim ağrıdı. Həmin Ağdam yoxdur. Yol boyu insanların minaları təmizləmək üçün xüsusi geyimdə işlər gördüyünü müşahidə etdim”.

Şeyxülislam: “Dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”

“Heyfislənirəm ki, Azərbaycandan olan bəzi insanlar torpaqlarımızın azadlığına o qədər də sevinmirlər. Bəlkə də, onlar hətta məğlubiyyət istəyirdilər. Arzu edərdim ki, onlar başa düşsünlər ki, Vətən, torpaq ana qədər qiymətlidir”.

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bəlkə də, cavandırlar başa düşmürlər. Hesab edirəm ki, onlar bunu başa düşəcəklər və geri qayıdacaqlar. Prezident İlham Əliyevin fədakarlığı bir daha bütün Azərbaycan xalqına fərəh yaşadır və gələcəyə ümid yaradır. İnanırıq ki, bu torpaqlar çiçəklənəcək və azan səsləri gələcək. Təbii ki, Birinci vitse-prezident Mehriban Əliyevanın da böyük zəhmətləri var. İnanıram ki, dağıdılan 64 məscid bərpa olunacaq və oradan azan səsi gələcək”.

QMİ sədri: "Ermənilərin məqsədi vandallıq və bütün məbədləri dağıtmaq olub"

"Nə qədər insan özlərini təhlükəyə atır və bu da torpaqların sahibinin biz olduğumuzu göstərir. Onlar sahib olmayıb, məqsədləri vandallıq və bütün məbədləri dağıtmaq olub".

Bu fikirləri Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Ağdama səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

O, Qarabağ şəhidlərinin məzarlarını ziyarət etdiyini bildirib: "Ermənilərin qəbiristanlıqda 150-dən çox şəhid qəbrini dağıtdıqlarının şahidi oldum. Bu, insanlıq münasibəti deyil. Ermənilər və dünyada olan ermənipərəstlər onları dəstəkləyib. Ümid edirəm ki, bizim bugünkü qələbəmiz İslam dünyası üçün böyük qələbədir. Bu qələbəni əldə saxlamaq və dirçəltmək hər birimizin borcudur. Din xadimlərimiz hərbçilərlə birgə çiyin-çiyinə vuruşdular. Onların arasında şəhid olanlar da var".

.