
"Moskva Bakı ilə münasibətləri kəsməkdə maraqlı deyil".
Rusiya KİV-i xəbər verir ki, bu sözləri Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.
Rusiya Federasiyası baş nazirinin müavini əlavə edib ki, heç kim Rusiya-Azərbaycan iqtisadi əlaqələrini pozmaqda maraqlı deyil.
A.Overçuk söyləyib ki, həm Moskvanın, həm də Bakının bir-birinin bəzi hərəkətləri ilə bağlı narazılıqları var, lakin tərəflər səbirli və sakit olmalıdırlar.
.