Rusiya məhkəməsi Yuliya Navalnayanı ekstremist icmada iştirakda ittiham edərək qiyabi həbs edib.

Bu barədə yerli KİV məlumat yayıb.

Bildirilib ki, məhkəmədə Navalnaya beynəlxalq axtarışa verilib.

Qeyd edək ki, Yuliya Navalnaya Korrupsiyaya qarşı mübarizə Fondunun yaradıcısı, müxalif siyasətçi, bu ilin fevralın 16-da həbsxanada vəfat edən Aleksey Navalnının həyat yoldaşıdır.

Ötən həftə o, federal axtarışa verilmişdi.

Yuliya Navalnaya ekstremist icmanın işində iştirakda ittiham olunur. Bundan əlavə onun 75.5 milyon rubl dəyərində məbləğin leqallaşdırılmasında iştirakı araşdırılır.

.