Bu gün səhər zəhərlənmə şübhəsi ilə Rusiyanın Omsk şəhərində xəstəxanaya yerləşdirilən bloger Aleksey Navalnı komadadır.

Bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter” hesabında yazıb.

“Aleksey süni tənəffüs aparatına qoşulu vəziyyətdədir, komadadır, vəziyyəti ağırdır. Analizin nəticələri hələlik yoxdur”, - deyə o qeyd edib.

Omsk Xəstəxanasının baş həkimi də TASS-a açıqlamasında A. Navalnının ağır vəziyyətdə olduğunu, süni tənəffüs aparatına qoşulduğunu bildirib. 

Qeyd edək ki,Rusiyada fəaliyyət göstərən Korrupsiya ilə Mübarizə Fondunun (KMF) qurucusu, müxalifət lideri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.

Bu barədə onun mətbuat katibi Kira Yarmış “Twitter”də bildirib.

Mətbuat katibinin sözlərinə görə, Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı A. Navalnı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib.

K. Yarmış müxalifət liderinin huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini qeyd edib.

O vurğulayıb ki, A. Navalnı səhər ancaq çay içib. Mətbuat katibi müxalifət liderinin çayına qarışdırılan maddə ilə zəhərləndirilməsindən şübhələndiklərini əlavə edib. 

.