Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda həbsdə olan bloqger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən iclasa sədrlik edən hakim Əlövsət Abbasov bildirib ki, Ekspertiza Mərkəzindən məhkəməyə məktub daxil olub: "Məktubda bildirilir ki, mərkəzin əməkdaşı Almaz Bayramova hazırda məzuniyyətdə olduğundan məhkəməyə gələ bilmir. Onun iştirakı yalnız sabah təmin edilə bilər".

Buna görə məhkəmə prosesi iyulun 12-dək təxirə salınıb.
.