ABŞ quru əməliyyatını dəstəkləmək üçün İsrailə hərbi müşavirlərini göndərib ki, bu da yanlış yanaşmadır.
Yenizaman-ın"Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib.
"Problemin həlli siyasi xarakter daşıyır. Bəs ABŞ nə etdi - təyyarədaşıyan gəmi göndərdi. İndi söhbət İsrailə Qəzzada təcrübəsi olan amerikalı hərbçilərin quru əməliyyatını dəstəkləmək üçün göndərilməsindən gedir. Bu yanlış yanaşmadır”, - Ö.Çelik vurğulayıb.
O qeyd edib ki, Türkiyə heç bir halda münaqişəni dərinləşdirməyə çalışan ölkələrin tərəfini tutmayacaq.
"Hesab edirik ki, siyasi həll yolu həyata keçirilməlidir. Dərhal atəşkəs elan edilməlidir. Bütün tərəflər saxladıqları mülki girovları, xüsusilə uşaqları və qadınları dərhal azad etməlidirlər", - o əlavə edib.
.
