“Lazım olmayanda ictimai nəqliyyatdan istifadə edilməməli, zəruri olmayan hallarda evdən çıxmamalıyıq”.

Bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov deyib.

O bildirib ki, elan olunmuş qaydalara əməl edilsə, yoluxma saylarının azalmasına nail olarıq: “Bu gün bu virusun nə qədər davam edəcəyinə proqnoz vermək çətindir. Hamı bilməlidir ki, insanların çoxunda bu virusa qarşı immunitet yaratmasaq, bu virusa qarşı mübarizə çətin olacaq. Yaxın aylarda kütləvi vaksinasiya tədbirləri də başlayacaq. Azərbaycan ən təhlükəsiz vaksinlərin ölkəyə gətirilməsi üçün tədbirləri artıq demək olar bitirib. Həmin vaksinlər hazır olanda ölkəyə gətiriləcək. Biz bununla da virusa qarşı kütləvi immunitet yaratmış olacağıq”.

ATU-nun professoru: “Səhiyyə sistemimiz yüklənməkdədir”

“Bu gün bütün yükləri həkimlərin üzərinə atmayaq. Hazırda səhiyyə sistemimiz yüklənməkdədir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Tibb Universitetinin (ATU) professoru Akif Qurbanov deyib.

O qeyd edib ki, ölkə müharibədən yeni çıxıb: “Xəstəxanalarda yaralı əsgərlərimiz müalicə alır. Biz qorunma tədbirlərinə əməl etməklə, həmin əsgərlərimizi də qorumuş oluruq”.

.