Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə A. Çovdarovun vəkili S. Rəsulov çıxışını davam etdirib.
O, A. Çovdarova qarşı irəli sürülən ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilmədiyini deyib. S. Rəsulov hüquqlarını müdafiə etdiyi şəxsin günahsız olduğunu bildirib.
Vəkil çıxışını sentyabrın 20-də davam etdirəcək.
.