Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif
Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi bu gün davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Orxan Osmanovun vəkili çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Təqsirləndirilən A. Çovdarovun vəkili çıxışa hazır olmadığı üçün məhkəmədən 1 ay, Səlim Məmmədovun vəkili isə 2 həftə vaxt istəyib. Məhkəmə onlara bir həftə vaxt verib və proses sentyabrın 6-dək təxirə salınıb.
