Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, həmin idarənin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə təqsirləndirilən 
Akif Əliyevin vəkili Anar Qasımlının məhkəməyə gəlmədiyi elan olunub.
Hakim bildirib ki, o, səhhəti ilə əlaqədar məhkəməyə teleqram göndərib.
Proses avqustun 16-dək təxirə salınıb.
.