"İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm".
Bunu Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov deyib.
Təqsirləndirilən şəxs iddia edib ki, onu özünü öldürmək həddinə çatdırmaq istəyiblər: "Amma mən zəif adam deyiləm, bunu etmədim".
A. Çovdarov çıxışında məhkəmədən bəraət istəyib: "Əgər məhkəmə mənə bəraət yox, cəza verəcəksə, onda təkcə mənə cəza verin, digər şəxsləri azad edin".
Son söz bitəndən sonra məhkəmə müşavirəyə gedib. Prosesqeyri-müəyyən vaxtadək təxirə salınıb.
