"Tutulmamışdan qabaq istədim özümü öldürüm”.

APA-nın xəbərinə görə, bunu ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov bu gün məhkəmədə deyib.
Prosesdə son sözlə çıxış edən A. Çovdarov "Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar", - deyə əlavə edib.
Akif Çovdarov son sözündə ölkədə xidmətlərinin olduğunu deyib: "MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibətlər aparılıb. Mən ölkəm üçün, vətənim üçün xitmət aparmışam. İttihamların da hamısı qərəzlidir"
Proses davam edir.

.