Dekabrın 26-da AMEA Fəlsəfə və Sosiologiya İnstitutunda “Akademik Firudin Köçərlinin anadan olmasının 105-ci ildönümünə həsr olunmuş elmi-nəzəri seminar” keçirilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, f.e.d., professor İlham Məmmədzadə çıxış edərək, akademik Firudin Köçərlinin institutun tarixində əvəzsiz xidmətləri olduğunu bildirərək ölkəmizdə filosoflar nəslinin – ictimai-fəlsəfi fikrin formalaşıb zənginləşməsində əsas rol oynamış akademik F. Köçərli bu irsi davam etdirərək alimlərin yetişməsində layiqli işlər görmüşdür. Universal xarakter daşıyan fəlsəfə elminin yeni dövrdə tətbiqi yollarını göstərmişdir-deyə vurğulayıb.
Tədbirdə, f.ü.f.d., dosent Faiq Ələkbərli “Akademik Firudin Köçəlinin Azərbaycan xalqının ictimai fikirində və fəlsəfə tarixində yeri və rolu”, f.e.d., professor Əli Abasov “Azərbaycanda fəlsəfə elminin təşkilatçısı- akademik Firudin Köçərli”, f.e.d., professor Əbülhəsən Abbasov “Firudin Köçərli: xoş hisslərlə xatırlanan və minnətdarlıqla anılan Böyük ziyalı”, f.e.d., professor Rəna Mirzəzadə “Akademik Firudin Köçərli haqqında xatirələr”, f.e.d. Füzuli Qurbanov “Akademik Firudin Köçərli – şəxsiyyət və alim” mövzusunda məruzələri dinlənilib.
Sonda f.e.d., fəlsəfə elməri doktoru, professor Rafiq Əliyev, f.e.d., professor Arif Büniyatov və Firudin Köçərlinin ailə üzvləri çıxış edərək akademik haqqında fikirlərini bölüşüblər.









