Türkiyə Cənubi Qafqazda sülh üçün əsas rol oynayan ölkələrdəndir.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.

O, 18 oktyabrda İstanbulda “3+3” platforması XİN rəhbərlərinin 3-cü görüşünün, ardında da onların ölkə başçısı R. T. Ərdoğan tərəfindən qəbul edilməsinin önəmli olduğunu, həmçinin Türkiyə liderinin Azərbaycanla Ermənistanv arasındakı və Cənubi Qafqazda sülh prosesinə dair dəstəyinin vacibliyini vurğulayıb.

Ö. Çelik onu da qeyd edib ki, bəzi ölkələr Ermənistanı silahlandırdığı zaman Türkiyə sülün tərəfdarı olduğunu bir daha sübut edib.

.