Türkiyə Tel Rıfat və Mənbicdə terrorçuların olmasını istəmir.
Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik mətbuat konfransı zamanı bildirib.
O, Bəşər Əsəd hakimiyyətinin bəzi ərazilərin terror təşkilatına təhvil verdiyini qeyd edib:
“(Suriya ərazisində-red.) 30 kilometr dərinlikdə ölkəmizi təhdid edəcək heç bir silahlı terror təşkilatının mövcudluğuna imkan verməyəcəyik. Suriyanın ərazi bütövlüyü ilə bağlı heç bir problemimiz yoxdur”.
Ömər Çelik Ankaranın Suriyadaki qarşıdurmaya qarışmadığını, bununla bağlı iddiaların yalan olduğunu da vurğulayıb.
.