Avropa İttifaqının Ukraynaya növbəti iki il ərzində 90 milyard avro dəyərində maliyyə dəstəyi göstərməsi təklif olunur.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen deyib.
O bildirib ki, bu məbləğ Ukraynanın 2026-2027-ci illərdə maliyyə ehtiyacının üçdə ikisini ödəyəcək.
Ursula von der Leyen təklifin qəbul edilməsi üçün Avropa ölkələrinə maliyyə dəstəyinin toplanması ilə bağlı həll yolları da təqdim edib.
.
