
Avropa Ölkələri müştərək bəyanatla çıxış edərək, Ukraynanın öz gələcəyini təmin etmək hüququnun vacibliyini vurğulayıb və hər hansı bir diplomatik həll yolunun Ukrayna, həmçinin Avropanın maraqlarını qorumalı olduğuna diqqət çəkib.
APA Reuters-ə istinadən xəbər verir ki, yayılan bəyanat Macarıstandan başqa bütün Aİ ölkələri tərəfindən təsdiq olunub.
“Mənalı danışıqlar yalnız atəşkəs və ya zorakılıqların azaldılması kontekstində keçirilə bilər”, - bəyanatda qeyd olunub.
.