Moldova və Ukraynanı üzvlük danışıqlarının başlaması münasibətilə təbrik edirəm.
Bunu Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu iki ölkənin Aİ-yə üzvlüklə bağlı danışıqlara start verilməsi ilə bağlı videoçıxışında bildirib.
Avropa Komissiyasının Prezidenti deyib ki, bu, həm iki ölkə, həm də Aİ üçün dönüş nöqtəsidir. Onun sözlərinə görə, Avropa İttifaqı siyasi və iqtisadi ittifaqdan daha çoxunu ifadə edir.
"Bu, bizim demokratiya, sülh, təhlükəsizlik və rifahla bağlı kollektiv səylərimizin sübutudur. Moldova və Ukrayna xalqları bu layihənin bir hissəsi olmaq üçün özlərinin qətiyyətli öhdəliklərini və qərarlı olduqlarını nümayiş etdiriblər", - Ursula von der Leyen vurğulayıb.
O bildirib ki, üzvlüklə bağlı danışıqların başlaması Ukrayna, Moldova xalqları və bütövlükdə Avropa İttifaqı üçün çox yaxşı xəbərdir: "Qarşıdakı yol çətin, lakin, həm hər iki ölkə, həm də Aİ üçün imkanlarla dolu olacaq".
.