
Avropa İttifaqı (Aİ), hətta ABŞ münaqişənin həllinə dair danışıqlardan geri çəkildiyi halda belə, Ukrayna ilə bağlı vasitəçi rolunu üzərinə götürməyi planlaşdırmır. Brüssel Kiyevə hərbi dəstəyin artırılmasını prioritet hesab edir.
"RIA Novosti" verdiyi məlumata görə, bu barədə Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Ənvər əl-Anuni açıqlama verib.
"Bu mərhələdə ehtimallar irəli sürmək istəmirik, lakin prioritetimiz dəyişməyib - məqsədimiz Ukraynanın güclü mövqelərini təmin etməkdir. Biz Ukraynaya hərbi yardımı artırmağa davam edirik. Aİ ölkələri təkcə bu il üçün 23 milyard avro həcmində yardım vəd ediblər. Həmçinin bu il üçün nəzərdə tutulan sursat tədarük planının üçdəikisi artıq yerinə yetirilib", - deyə rəsmi bildirib.
ABŞ-nin sülh təşəbbüslərində iştirakının mümkün zəifləməsi fonunda Aİ-nin vasitəçilik funksiyasını öz üzərinə götürməyə hazır olub-olmadığına isə Anuni belə cavab verib:
"Avropa İttifaqının hazırkı diplomatik fəaliyyəti yalnız Ukraynanın özünümüdafiə hüququnu dəstəkləməyə yönəlib. Bu cavab sualın kontekstində səslənib".
.