Avropa İttifaqı Donald Trampın ABŞ prezident seçiləcəyi halda Ukraynaya maliyyə yardımı üzrə yeni strategiya hazırlayır.

Bu barədə yazı “Financial Times”da dərc olunub.

Nəşr yazır ki, bununla bağlı yaradılan xüsusi işçi qrupuna həmçinin, Kamala Harrisin də qələbə şansını qiymətləndirmək həvalə olunub.

Sözü gedən qrup eyni zamanda noyabr seçkisindən sonra ABŞ-nin həm Ukrayna, həm də Avrozona üzrə strategiyasını dəyişəcəyi təqdirdə atılacaq addımları qiymətləndirməli və müvafiq fəaliyyət planı tərtib etməlidir.

.