Avropa Komissiyası Rusiya və Belarus vətəndaşları üçün viza tələblərinin sadələşdirilməsi qərarına görə Macarıstandan izahat tələb edib.
Yenizaman-ın “TVP World” poartalına istinadən xəbərinə görə, bu barədə qurumun nümayəndəsi Anita Hipper açıqlama verib.
O deyib ki, müvafiq cavab alındıqdan sonra bu qərarın Avropa İttifaqının norma və prinsiplərinə uyğunluğu təftiş olunacaq:
“Bizim rəhbər tutduğumuz siyasət onu deməyə əsas verir ki, Rusiya Avropa İttifaqının təhlükəsizliyinə təhdid yaradır. Ona görə də bütün üzv dövlətlər ittifaqın və Şengen zonasının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görməlidir”.
.