Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi 200-dən çox fiziki və hüquqi şəxsi əhatə edəcək.

Bu barədə “Der Spiegel” qəzeti məlumat yayıb.

Qeyd edilib ki, o, 13-cü sanksiyalar paketini fevralın 24-də, Rusiyanın Ukraynada hərbi əməliyyatlarına başlamasının ikinci ildönümünə yaxın qəbul etmək istəyir.

"Bloomberg"in məlumatına görə, yeni qara siyahıya ticarət məhdudiyyətləri, eləcə də sanksiyalardan mümkün yayınmalara qarşı tədbirlər daxil ola bilər.

.