Rusiyanın dondurulmuş aktivlərinin bu vəsaitlərin böyük hissəsinin (191 milyard avro) bloklandığı Belçikadakı “Euroclear” beynəlxalq saytında yenidən yatırılmasından əldə olunan mənfəət ayrıca qeydiyyata alınacaq. Bu, əvvəllər Avropa İttifaqı (Aİ) səfirləri tərəfindən razılaşdırılmış Avropa Komissiyasının (AK) direktivində nəzərdə tutulub.

Bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

AK direktivində qeyd edilib ki, Aİ ölkələri Ukraynanı dəstəkləmək üçün xalis mənfəətdən formalaşmalı olan (Aİ) büdcəsinə maliyyə töhfəsi müəyyən etmək barədə yekdilliklə qərar verməlidir.

Bildirilib ki, üzv ölkələr həm də mərkəzi depozitarların hüquqi və inzibati xərcləri ödəmək üçün lazım olan vəsaitdən əlavə nə qədər tuta biləcəyini müəyyən edəcəklər. Bu cür tədbirlərin görülmə vaxtı hələ dəqiqləşdirilməyib.

Vurğulanıb ki, yaxın həftələrdə rəsmiləşdirilməsi gözlənilən direktivdə Rusiyanın maliyyə aktivlərinin müsadirə edilməsi nəzərdə tutulmayıb.

.