
Avropa İttifaqı rusiyalı diplomatların hərəkət azadlığını məhdudlaşdırır.
APA xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas özünün “X” hesabında Rusiyaya qarşı 19-cu sanksiyalar paketinin təsdiqlənməsini şərh edərkən danışıb.
“Biz 19-cu sanksiyalar paketini qəbul etdik. Bu paket Rusiya banklarını, kripto mübadilələrini, Hindistan və Çindəki qurumları və başqa şeyləri hədəfə alır. Avropa İttifaqı destabilizasiya cəhdlərinin qarşısını almaqdan ötrü rusiyalı diplomatların hərəkət azadlığını məhdudlaşdırır. Bu müharibəni maliyyələşdirmək Putin üçün getdikcə çətinləşir” , - Kallas bildirib.
.