"Avropa İttifaqının (Aİ) xarici ticarət əməliyyatlarındakı hesablaşmalarında avronun payını artırmaq lazımdır".

Xarici mətbuat xəbər verir ki, bu təkliflə Avropa Komissiyanın sədri Jan-Klod Yunker çıxış edib.

"Avropa şirkətlərinin Avropa istehsalı olan təyyarələri avro deyil, ABŞ dolları ilə alması absurddur”- deyə, o qeyd edib.

J.K.Yunker həmçinin əlavə edib ki, bu ilin sonuna qədər Avropa Komissiyası beynəlxalq ticarətdə avronun rolunun artırılması üzrə təşəbbüslər irəli sürəcək.

.