Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Ermənistanda səfərdədir və burada ölkə rəsmiləri ilə görüşlər keçirəcək.
Bu barədə Aİ-nin xüsusi nümayəndəsinin Brüsseldəki ofisindən bildirilib.
M.Qrononun ofisindən səfər proqramının digər təfərrüatları açıqlanmayıb.
Daha əvvəl Maqdalena Qrono Azərbaycana səfər edib və iyunun 25-26-da burada ölkə rəsmiləri ilə görüşlər keçirib.
.
