Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiya siyahısına 35 fiziki və 2 hüquqi şəxsin əlavə edilməsi təklifini irəli sürəcək.

Bu barədə “Bloomberg“ nəşri yazıb.

Qeyd olunub ki, bu addım Aleksey Navalnının cəzaçəkmə müəssisəsində vəfat etməsi ilə əlaqədar atılacaq.

Xatırladaq ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti müxalif siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilib ki, Navalnının cəzasını çəkdiyi Yamal-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında gəzintidən sonra halı pisləşib, o, huşunu itirib.

.