Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqının (Aİ) Rusiya neftinin qiymət tavanının (price cap) 60 ABŞ dollarından 47,6 ABŞ dollarına endirilməsi ilə bağlı qərarı bu gündən qüvvəyə minib.

Bu barədə "RBK-Ukrayna" məlumat yayıb.

Bununla yanaşı, keçid müddəti müəyyən edilib – bu, 20 iyul 2025-ci il tarixinə qədər bağlanılmış və həmin tarixdə bir barel üçün qiyməti 60 ABŞ dolları olan istənilən müqavilənin icrası üçün 18 oktyabr 2025-ci il tarixinə qədərki müddətdir.

Xatırladaq ki, Aİ ölkələri iyulun 18-də Rusiyaya qarşı yeni sanksiyalar paketini, o cümlədən Rusiya neftinə aşağı hədd məhdudiyyətini təsdiqləyib.

.