"Azərbaycanla imzalanması planlaşdırılan aviasiya sazişi şübhəsiz ki, aviasiya sahəsində əlaqələri gücləndirəcək”.

Bunu Avropa İttifaqının genişləndirmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han Şərq tərəfdaşlığı sammiti çərçivəsində təşkil olunmuş press tur iştirakçıları ilə görüşdə deyib.
O bildirib ki, bu təşəbbüs ilk növbədə danışıqların aparılmalı olduğu potensial sazişə daşınmalıdır: "Lakin bu, Azərbaycanın Avropa aviasiya məkanına inteqrasiyasında vacib addımdır".

.