"Kaxovka su elektrik stansiyas;na (SES) bəndinə görünməmiş hücumundan şoka düşdük".

Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "Twitter"də bildirib.

"Mülki infrastrukturun dağıdılması açıq şəkildə müharibə cinayətidir və biz buna görə Rusiyanı və onun proksilərini məsuliyyətə cəlb edəcəyik", Şarl Mişel bildirib.

O qeyd edib ki, iyun ayında Aİ Şurasının iclasında bu məsələ qaldırılacaq və su basmış ərazilərə daha çox yardım təklif ediləcək.

.