Aİ xarici işlər nazirləri bu gün İrana Rusiyaya Ukraynada istifadə üçün ballistik raketlər tədarükünə görə sanksiyalar tətbiq ediblər.

Bu barədə Avropa İttifaqı Şurası bəyanat yayıb.

İranın “Rusiyaya raket tədarükünə” cavab olaraq 7 fiziki şəxs və 7 qurum sanksiya tətbiq edilib.

Üç İran aviaşirkəti - "Iran Air", "Mahan Air" və "Saha"ya da sanksiya tətbiq edilib.

Bundan əlavə, İranın müdafiə nazirinin müavini Seyid Həmzə Qələndəri, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin (SEPAH-QF), SEPAH-ın Hatəm əl-Ənbiya Mərkəzi Qərargahı və SEPAH Aerokosmik Qüvvələrinin tanınmış rəsmilərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib. Həmçinin Aİ-də siyahıya alınmış İran Təyyarə İstehsalat Sənayesi (HESA) və Aerokosmik Sənaye Təşkilatının (AIO) idarəedici direktorları da siyahıya salınıb.

.