"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir”.
Bu sözləri xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O bildirib ki, artıq 3 alt komitənin iclası keçirilib: "Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq Komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq".
