Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Gürcüstanın müxalifət partiyalarına siyasi böhrandan çıxmaq üçün yeni təkliflər təqdim edib.

Bu barədə Avropa İttifaqının Tbilisidəki nümayəndəliyinin saytında dərc olunan sənəddə deyilir.

Sənədə əsasən, əgər hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyası payızda keçiriləcək yerli seçkilərdə 43 fazidən az səs toplayarsa, 2022-ci ildə erkən parlament seçkiləri təyin ediləcək.

Yeni sənəd 2019-cu il iyun mitinqində iştirakına görə həbs edilən şəxsləri və “Milli Hərəkat”ın lideri Nik Meliyanın azad edilməsini də özündə ehtiva edir.

“Lelo”, “Aqmaşenebeli strategiyası” kimi müxalifət partiyaları sənədə müsbət yanaşsa da, “Avropanın Gürcüstanı - Azadlıq Uğrunda Hərəkat” və “Milli Hərəkat” partiyaları təkliflə razılaşmayıblar. Onlar erkən parlament seçkiləri məsələsini yerli hakimiyyət orqanlarına seçkilərlə əlaqələndirməyi məntiqli hesab etmirlər.

.