Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması ilə bağlı fəaliyyət planını Ermənistana təqdim edib.
Yenizaman Ermənistan mediasına istinadən xəbər verir ki, Avropa Komissiyasının miqrasiya və daxili işlər üzrə direktor müavini Yohannes Luxner bu məsələni müzakirə etmək məqsədilə İrəvanda səfərdədir.
O, artıq daxili işlər naziri Arpine Sarkisyanla görüşüb.
Nazirliyin məlumatına görə, A.Sarkisyan bildirib ki, Ermənistan fəaliyyət planını vətəndaşların mobilliyi və ictimai təhlükəsizlik sahəsində islahatlara yönəlmiş strateji sənəd kimi qiymətləndirir. O, viza rejiminin liberallaşdırılmasının Ermənistan-Aİ tərəfdaşlığında vacib mərhələ olduğunu qeyd edib.
Avropa Komissiyasının nümayəndəsinin Ermənistana səfəri noyabrın 6-dək davam edəcək.
.
