Avropa İttifaqı avqustda Brüsseldə baş tutan görüşdən sonra 5 erməni saxlanılanın Azərbaycan tərəfindən birbaşa (vasitəçisiz) təhvil verilməsini alqışlayır.

Bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano bildirib.

“Bu, cəmiyyətlər arasında ehtiyac duyulan etimadın yaradılması istiqamətində mühüm addımdır. Aİ Ermənistan və Azərbaycan arasında əlaqələrin normallaşması üçün fəal şəkildə işləməyə davam edir”, - o qeyd edib.

.