Avropa İttifaqı (Aİ) Ermənistanla Azərbaycan arasında danışıqların bərpa olunmasına çağırış edib.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

O, Avropa İttifaqı Şurasının sədrinin gördüyü işlər əsasında iki ölkə arasında danışıqların bərpa olunmasına çağırış edib.

"Sülh müqaviləsinin bağlanmasına ehtiyacımız var və vasitəçilik rolumuzu davam etdirmək niyyətindəyik", - deyə Borrell bildirib.

Aİ Ermənistana hərbi yardım göstərmək imkanlarını nəzərdən keçirir

Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borell Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.

“Biz Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi imkanlarını və Ermənistan üçün viza rejiminin sadələşdirilməsi variantını öyrənəcəyik”, - deyə o bildirib.


 

.