Avropa İttifaqının (Aİ) Hərbi Yardım Missiyası (EUMAM) təlim keçiləcək ukraynalı hərbçilərin sayının iki dəfə artırılacağını təsdiqləyib.

Bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Kiyevdə Ukrayna Baş naziri ilə görüşünə dair "Twitter"dəki paylaşımında bildirib.

"Rusiya müharibəni Avropaya yenidən qaytardı lakin Ukrayna döyüşməyə davam edir. Aİ Hərbi Yardım Missiyası əlavə olaraq 15 min Ukrayna əsgərinə təlim keçəcək və EUMAM təlim keçmilmiş personalın ümumi sayını 30 minə çatdıracaq. Baş nazirə həmçinin təhlükə altında olan ərazilərdə minalardan təmizləmə səylərini dəstəkləmək üçün Aİ-nin 25 milyon avro ayıracağını açıqladım. Mülki əhalini qorumaq prioritet məsələdir", Borrell bildirib.

.