Avropa İttifaqı (Aİ) gələn həftə enerji böhranının aradan qaldırılması üçün yeni tədbirlər paketini açıqlaya bilər.

“Associated Press“ verdiyi məlumata görə, bu barədə Aİ-nin enerji üzrə komissarı Kadri Simson deyib.

Onun sözlərinə görə, Aİ-nin enerji nazirləri enerji bazarında qiymət artımı probleminin mümkün həll yollarını müzakirə etmək üçün sentyabrın 9-da növbədənkənar iclas keçirəcəklər.

Kadri Simson qeyd edib ki, Avropa Komissiyasının qərarlar paketinin gələn çərşənbə günü qəbul edilməsi gözlənilir.

Qeyd olunur ki, paketə qaz və digər enerji daşıyıcılarının qiymətlərinin ayrılması, bazarlarda likvidliyin təmin edilməsi və tələbin koordinasiya edilmiş azaldılması üzrə tədbirlər nəzərdə tutulur. Nazirlər həmçinin, elektrik enerjisi istehsalı üçün istifadə olunan qazın qiymətinin müvəqqəti məhdudlaşdırılması və enerji resursları birjalarında ticarət qaydalarının dəyişdirilməsi ilə bağlı razılığa gələ bilərlər.

.