Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təsdiq edib.

Bu barədə məlumat Avropa Şurasının rəsmi saytında paylaşılan sənəddə yer alıb.

Bununla yanaşı, Ermənistan, Çin, BƏƏ, Özbəkistan və Suriyadan Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləməkdə ittiham olunan 87 şirkətə qarşı da sanksiya tətbiq edilib.

Sözügedən şirkətlərə ikili təyinatlı malların və qabaqcıl texnologiyaların ixracına dair sərt ixrac məhdudiyyətləri qoyulub.

Eyni zamanda, aralarında hərbçi, jurnalist və biznesmenin də olduğu 100-dən çox rusiyalı sanksiya siyahısına daxil edilib.

.