ABŞ-ın tətbiq etdiyi sanksiyaya baxmayaraq, Avropa İttifaqı (Aİ) İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zəriflə dialoqu davam etdirəcək.
Bunu Brüsseldə brifinq zamanı Avropa İttifaqının Xarici Siyasət Xidmətinin nümayəndəsi Karlos Ruis de Qordexuela bildirib.
O vurğulayıb ki, Avropa İttifaqı ABŞ-ın Cavad Zərifə sanksiya tətbiq etməsindən məyusdur.
Qeyd edək ki, ötən gün ABŞ M.C.Zərifə qarşı sanksiya tətbiq edib.
.
