Ağsuda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, bu gün saat 14 radələrində Ağsu rayonunun Aratlı Curuğlu kəndi ərazisində “VAZ-2106” markalı avtomobilin sürücüsü, 1966 - cı il təvəllüdlü İsgəndər Alıyevin idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq su kanalının beton maneəsinə çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb.

.