Ağsuda iki bacı dəm qazından zəhərlənib.

Ağsu şəhər M.Ə.Rəsulzadə küçəsində yaşayan 2009-cu il təvəllüdlü İsmayılova Sehranə Ruslan qızı və 2014-cü il təvəllüdlü İsmayılova Rəna Ruslan qızı zəhərlənmə əlamətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.

Müayinə zamanı hər iki şəxsin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada bacılara tibbi yardım göstərilib ,vəziyyətlərinin normal olduğu bildirilir.

.