Ağstafa rayonunda traktor piyadanı vuraraq ağır yaralayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Qırlı kənd ərazisində baş verib.

İlkin məlumatlara görə, hərəkətdə olan qoşqulu traktor 1961-ci il təvəllüdlü Şirin Bəhmən oğlu Məmmədovu vuraraq bir neçə metr sürüyüb. Ağır xəsarət alan yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
.