Ağstafa rayonunda 6 yaşlı uşağı avtomobil vurub.

"Report"un  məlumatına görə, hadisə Ağstafa şəhəri ərazisində baş verib.

Belə ki, şəhər sakini 2012-ci il təvəllüdlü Rəşad Rüstəm oğlu Vəlizadə yolu keçmək istəyərkən "VAZ-2107" markalı avtomobil tərəfindən vurulub. Yaralı sürücü tərəfindən Ağstafa Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Ağstafa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
.