Ağstafada evində təmir apararkın yıxılaraq xəsarət aldığı bildirilən rayon sakiniEltonRzayevinbıçaqlandığı məlum olub.
"Report"un Qərb bürosu xəbər verir ki,hadisəni törətməkdə şübhəli bilinənrayonun Poylu kənd sakini, 1994-cü il təvəllüdlü Elçin Musayev saxlanılıb.
Məlum olub ki, Elton Rzayevin Elçin Musayevə 5 manat pul borcu olub. Onlar arasında borcüstündə mübahisə baş verib. Mübahisə sonda davaya çevrilib və E.Musayev həmyerlisini bıçaqlayıb.
***
Ağstafa sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1993-cü il təvəllüdlü Rzayev Elton Natiq oğlu evində təmir aparan zamanyıxılaraq bədəninə armatur girib.
O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
.
