Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) idmançıların mükafatlandırma mərasiminə dövlət bayraqları ilə çıxmasına icazə verməyəcək.
Qərara ötən il Albaniyanın paytaxtı Tiranada və bu il Ermənistanda baş vermiş hadisə səbəb olub.
Yeni qərar IWF-nin növbəti İcraiyyə Şurasının iclasından rəsmi olaraq qəbul ediləcək. Beləliklə, bayraqlar yalnız ekranlarda göstəriləcək.
Qeyd edək ki, 2022-ci ildə gənclərin Avropa çempionatında mükafatlar təqdim olunarkən Türkiyə idmançısı Emre Öztürklə Ermənistan təmsilçisi Qarik Karapetyan arasında insident baş verib.
Bu il İrəvandakı qitə çempionatının açılış mərasimində isə Azərbaycan bayrağı yandırılıb. Nəticədə milli komanda yarışdan imtina edərək Bakıya qayıdıb.
.